1 İyun 2021 17:57
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin may ayı ərzində valyuta hərraclarında 312,7 milyon ABŞ dolları məbləğində vəsait satıb. Bu göstərici aprel ayı ilə müqayisədə 38,7 faiz, ötən ilin may ayı ilə müqayisədə isə 6,4 faiz azdır.

Bu barədə Teleqraf.com-a ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Cari ilin yanvar-may aylarında Neft Fondu valyuta hərraclarında 2 milyard 302 milyon 500 min ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36,7 faiz azdır.


Müəllif: Yeganə Oqtayqızı