3 Noyabr 2014 01:33
1 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oxfam"ın hesabatına görə, dünyadakı ən varlı 85 nəfərin toplam var-dövləti mart 2013-mart 2014 tarixləri arasında hər gün 668 milyon dollar, yəni hər dəqiqə təxminən yarım milyon dollar artıb. Dünyadakı milyarderlərin sayı 1645 nəfər artıb.

Sənəddə o da qeyd olunub ki, dünyanın ən varlı insanı olan Bil Geyts 76 milyard dollarlıq sərvətini nağda çevirib. O, hər gün 1 milyon dollar xərcləsə bütün sərvətini 218 ildə qurtara bilər. CNBC isə hər qitənin ən varlı qadınının adını açıqlayıb.

Şimali Amerikanın ən varlı qadını 37.9 milyard dollar sərvətlə Kristi Valton olub. Dünyadakı milyarderlərin 7.3 trilyonluq sərvətinin yüzdə 13-nü isə qadınlar idarə edir.


Müəllif: