7 İyun 2021 14:55
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya İqtisadi inkişaf naziri Maksim Reşetnikov qlobal qida qiymətlərinin artması ilə ixracatı "amortizator" olaraq daha çox məhdudlaşdırmağa çağırıb.

Teleqraf.com xəbər verir ki, rusiyalı nazir son qiymət artımlarının şəkər və un kimi əsas məhsulların daxili dəyərində əks olunduğunu bildirib.

O, Rusiyanın əsas qida məhsulları üzrə ixrac məhdudiyyətlərini davam etdirməyə hazır olduğu mesajını verib: “Qlobal ərzaq qiymətlərinin sabitləşdiyinə və ən yüksək həddə çatacağına zəmanət yoxdur. Məhsul proqnozları ilə bağlı hər hansı bir informasiya yenidən qiymətləri tətikləyəcək. Bəzi qida məhsulları üçün bir rallinin yaşanma ehtimalı var.

Bu səbəbdən kənd təsərrüfatı əmtəə bazarı ilə daim maraqlanırıq və lazım olduqda bəzi tədbirlər görürük.

Dünyanın ən böyük taxıl ixracatçılarından biri olan Rusiya yerli istehlakçıları bahalaşmadan qoruyarkən qida ixracatını ən yaxşı şəkildə necə dəstəkləməyi düşünür”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər