Bu ilin may ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 47 daşınmaz əmlaka sahib olub.
Teleqraf.com Türkiyə Statistika İdarəsinə istinadən xəbər verir ki, azərbaycanlılar Türkiyədə ev alan xaricilərin sıralanmasında 9-cu yerdə qərarlaşıb.
Ötən ilin müvafiq dövründə azərbaycanlılar Türkiyədən 42 mənzil alıb.
Türkiyədə ev alan xarici ölkə vətəndaşlarının ilk üçlüyündə İraq (239), İran (231) və Rusiya (119) yer alıb.
Ümumilikdə, əcnəbilər Türkiyədə bu ilin may ayı ərzində 1 776 ev alıblar, bu da illik ifadədə 6,5 faiz çoxdur.
Ay ərzində xaricilərə ən çox daşınmaz əmlak İstanbulda satılıb (818). Satış sayı üzrə ikinci sırada Antalya (341), üçüncü yerdə Ankara (106), dördüncü yerdə Mersin (80), beşinci yerdə isə Sakarya (75) şəhərləri qərarlaşıb.
Yanvar-may dövründə əcnəbilərə ev satışları əvvəlki ilin eyni dövrünə görə 24,9 faiz artaraq 15 min 740 ədəd olub.