18 İyun 2021 10:30
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnkişaf etmiş ölkələrin mərkəzi banklarında epidemiya səbəbi ilə yaradılan proqramlardan çıxış məsələsi gündəmdə olarkən, Yaponiya Mərkəzi Bankı (BOJ) COVID-19 dəstək proqramlarını 2021-ci ilin sentyabr ayından sonraya qədər uzadıb.

Teleqraf.com xəbər verir ki, BOJ qərarı verərkən hədəf və faiz siyasətini dəyişməyib.

Belə ki, bank siyasət faizini 0,1 % səviyyəsində sabit saxlayıb. BOJ həmçinin 10 illik gəlir əyrisi hədəfini də təxminən 0 % dəyişdirməyib.


Müəllif: Yeganə Oqtayqızı