25 İyun 2021 11:10
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neft iyunun 1-də keçiriləcək “OPEC+” toplantısı öncəsi ardıcıl beşinci dəfədir ki, həftəni qazancla başa vurur.

Teleqraf.com xəbər verir ki, “OPEC+”un iyulun1-də keçirilən iclasında hasilatı artıracağı gözlənilir.

ABŞ və Avropa da daxil olmaqla bəzi əsas bölgələrdə yanacaq tələbatının bərpa olunduğu bir vaxtda Brent markalı neftin bir barrelinin 100 dollara çatacağı təxminləri güclənməkdədir. Nüvə razılaşması danışıqlarının dayanması ilə İranın neft bazarlarına çıxması gözlənilmir.

Tələb artımı hazırda sürətlənir və “OPEC+”in üzərində daha çox neft hasil edilməsi yönündə təzyiqlər var. Bu olmazsa, gələn ay neftin bir barreli 80 dollara qədər yüksələ bilər.

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin avqust müqaviləsinin dəyəri 0,01% artaraq 1 barrelə görə 75,57 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqustunda ixrac etməklə WTI markalı neftin 1 barrelinin qiyməti 0,01% artaraq 73,31 dollar təşkil edib.


Müəllif: Yeganə Oqtayqızı