“Rusiyada inflyasiya nəzərəçarpacaq dərəcədə artıb və daha sürətli faiz artırmaq lazım ola bilər”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Mərkəzi Bankının başçısı Elvira Nabiullina bildirib.
Baş bankir 25-100 faiz bənd artıma gedilməsini uyğun gördüklərini deyib. O, pul siyasətinin hazırda dəstəkləndiyini ifadə edərəkt faiz nisbətlərinə sürətli, lakin təxmin edilə bilən bir yanaşma istədiklərini vurğulayıb.
Qeyd edək ki, Rusiya Mərkəzi Bankı ardıcıl üç iclasda faiz dərəcələrini artıraraq pul siyasət nisbətini 5.50% səviyyəsinə qaldırıb. Son iclasda Mərkəzi Bank aşağı peyvənd nisbətinin sağalmanı ləngitdiyini, inflyasiyanın da gözləntilərdən yüksək olduğuna diqqət çəkib.
Bankın proqnozuna görə, iqtisadiyyatda canlanma gözləniləndən daha sürətlidir və iqtisadi fəallıq ilin ikinci yarısında böhrandan əvvəlki səviyyəyə qayıdacaq.
Növbəti faiz qərarı iyulun 23-də açıqlanacaq.