2 İyul 2021 14:46
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Azərxalça”-nın Qobu emalatxanasında son bir ildə toxunan ən böyük ölçülü xalça kəsilib.

Bu barədə Teleqraf.com-a “Azərxalça” ASC-dən məlumat verilib.

Məlumata görə, xalçanı beş ay müddətinə 4 toxucu xanım toxuyub.

Quba məktəbinə aid "Pirəbədil" çeşnisi ilə toxunan xalça 24 kvadratmetrdir. Bu, fəaliyyət göstərdiyi müddətdə Qobu emalatxanasında kəsilən dördüncü böyük ölçülü xalçadır.

Xatırladaq ki, böyük kvadratlı (24-25kv.metr) xalçaları toxumaq üçün “Azərxalça”nın hər bir emalatxanasında 2 böyük ölçülü xalça dəzgahı mövcuddur.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər