2 İyul 2021 17:58
1 342
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Neft qiymətləri 60-70 dollar koridoruna çəkə bilər”.

Teleqraf.com xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu qənaətdədir.

O, Brent markalı neftlə, WTI markalı neftin qiymətinin son illərdə ilk dəfədir ki, bərabərləşdiyini deyib:

“Hər iki növ neft 75-76 dollar koridorundadır. Keçmiş illərə baxsaq, hər dəfə belə fenomen baş verəndə neft qiymətləri kəskin dalğalanır. Çox güman, yaxın günlərdə yenə kəskin qiymət dəyişikliklərini izləyəcəyik.

Ötən gün razılaşma olmadığı üçün OPEC və Rusiya danışıqları bu gün də davam edəcək. Səudiyyə Ərəbistanı və Rusiya hər ay 400 min barrel olmaqla il sonuna qədər 2 milyon barreldən çox günlük hasilatı artırmağı, yəni, daha ehtiyatlı davranmağı, süni yolla qiyməti hələ də yuxarıda saxlamağı təklif edirlər. Amma bir neçə ölkə bunun əleyhinə çıxır, hasilatı daha çox artırmağı təklif edirlər. Çünki qiymət sərfəlidir, həm də bazar paylarını artırmağı düşünürlər. Görüşün dünəndən bu günə təxirə salınması onu deməyə əsas verir ki, razılaşma daha çox hasilatı artırmaq yönündə olacaq. Bu isə qiymət koridorunu 10 dollar azalda, neft qiymətlərini 60-70 dollar aralığına çəkə bilər. Qərarın 5-ci gün axşama saxlanılması ona görə lazımdir ki, dünya birjaları bağlanandan sonra qərar çıxsın, həmən kəskin dalğalanma yaratmasın. Başqa sözlə, həftənin ilk iş gününə qədər bu qərarla bağlı ajiotaj azalsın, yeni həftədə birjalar açılanda qiymətlər daha az enmə göstərsin.

Bu yanaşma anlaşmanın konservativ olmasında da keçərlidir - Səudiyyə və Rusiyanın təklifi keçsə, kəskin bahalaşma ola bilər. Ona görə də, qərar hər bir halda birjalar bağlanandan sonra, ya da bağlanmağa yaxın elan ediləcək. Beləliklə, neft qiymətləri ya 60-70 koridoruna, ya da 80 dollardan yuxarı qiymət diapazonuna yerləşəcək. Hər bir halda dalğalanmalar hiss edilən olacaq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər