Teleqraf.com-un “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna şirkətinin mətbuat xidmətinin açıqlamasında bildirilir.
Bundan əvvəl Ukrayna Nazirlər Kabineti Brüsseldə imzalanmış müqavilə çərçivəsində “Qazprom”la hesablaşmalar aparmaq üçün “Naftoqaz”a 3,1 mlrd dollar vəsaitdən istifadə etməyə icazə verib.
Qeyd edək ki, oktyabrın 31-də Rusiya, Ukrayna və Aİ arasında qış fəslində (noyabrın birindən martın sonunadək) qazın tədarükünə dair razılığa gəliblər.