6 İyul 2021 00:26
376
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) beş aviaşirkətə Azərbaycan, Misir, Kuba və İspaniyaya uçuşlar həyata keçirmək üçün icazə verib.

Teleqraf.com-un "Kommersant"a istinadən verdiyi məlumata görə, bu barədə qərarı Rosaviasiyanın rəhbəri Aleksandr Neradko imzalayıb.

Qərara əsasən, "S7" və "Severnıy Veter" aviaşirkətlərinə Azərbaycanın Bakı və Gəncə şəhərlərinə uçuşlar üçün icazə verilib.

Bildirilir ki, bu istiqamətlərdə "S7" aviaşirkəti həftədə 3 uçuş, "Severnıy Veter" aviaşirkəti isə həftədə 7 uçuş həyata keçirə bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər