7 İyul 2021 23:54
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alman avtomobil istehsalçısı “BMW” ABŞ-ın lüks avtomobil satış bazarının lideri olub.

Teleqraf.com xəbər verir ki, qlobal çip böhranına baxmayaraq “BMW” vəziyyəti rəqiblərindən daha yaxşı idarə edib.

“BMW” aprel-iyun aylarında ABŞ-da 96 min 561 ədəd avtomobil satıb. 2021-ci ilin birinci rübü ilə müqayisədə satışlar 35% artıb.

Rəqibləri “Mercedes-Benz” ikinci rübdə 14 min 171 ədəd, “Daimler” isə 7 min 348 avtomobil satıb. Beləliklə, “BMW” ABŞ lüks avtomobil bazarında ən çox satılan marka olub.


Müəllif: Yeganə Oqtayqızı