Epidemiya və bəzi ölkələrdən uçuş məhdudiyyətlərinə baxmayaraq, cari ilin yanvar-iyun aylarında Türkiyənin Antalya şəhərinə 1 milyon 551 min 633 turist gəlib.
Teleqraf.com xəbər verir ki, məlumata əsasən Rusiyalı tursitlər üstünlük təşkil edib.
Ən çox turist 439 min 209 nəfərlə Rusiyanın payına düşüb. Daha sonra sıralamanı 429 min 366 nəfərlə Ukrayna, 145 min 444 nəfərlə Almaniya və 90 min 739 nəfərlə Polşa davam etdirib.
Şəhərə iyulun 3-də və 4-də 650 təyyarə, iyulun 6-da isə 250 təyyarə eniş edib. Dünən gələn təyyarələrin 80-i Rusiyadan, 40-ı Ukraynadan, 50-si Almaniyadan olub.