10 iyun - 3 iyul tarixləri ərzində Azərbaycana 57 min 636 turist gəlib.
Bu barədə Teleqraf.com-a Dövlət Turizm Agentliyindən məlumat verilib.
Xarici ölkələr üzrə turist sayında ilk onluq aşağıdakı kimidir:
1. Rusiya Federasiyası - 22907 nəfər
2. Türkiyə - 15906 nəfər
3. İran - 6353 nəfər
4. Gürcüstan - 3920 nəfər
5. Ukrayna - 1637 nəfər
6. Danimarka - 1216 nəfər
7. Birləşmiş Krallıq - 698 nəfər
8. Belarus - 473 nəfər
9. İsveçrə - 434 nəfər
10. Almaniya - 401 nəfər
Qeyd edək ki, "Avro 2020" oyunlarının 4 qarşılaşması Bakıda keçirilib və bununla əlaqədar turist sayında artım qeydə alınıb. Xüsusən, Türkiyə, İsveçrə, Danimarka və Böyük Britaniyadan ölkəmizə gələnlərin sayı ötən dövrlərlə müqayisədə çox olub.