Bu ilin oktyabrında ərzaq məhsullarının qiymətləri 0,6 faiz bahalaşıb.
Publika.az-a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, qeyri-ərzaq mallarının qiymətləri və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb. Ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,3 faiz bahalaşıb.
Ay ərzində yumru düyünün, brınza pendirinin, almanın, armudun, narın, kələmin, göyərtinin, göy lobyanın, şirin bibərin, baş soğanın, şəkərin və müxtəlif içli şokoladlı konfetlərin qiymətlərində ucuzlaşma, buğda ununun, manna yarmasının, peçenyenin, toyuq və əlavə toyuq məhsullarının, balıq məhsullarının, quru südün, yumurtanın, günəbaxan yağının, mərcinin və şəkər tozunun qiymətlərində isə bahalaşma müşahidə olunub.