13 İyul 2021 18:15
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın aparıcı auksion şirkətindən biri olan “Sotheby's” 101,38 karatlıq almazı 12,3 milyon dollara satıb.

Teleqraf.com xəbər verir ki, ödəniş kriptovalyutada həyata keçirilib.

Şirkət açıqlamasında bu satışın rəqəmsal valyutaların sektora inteqrasiyası baxımından əhəmiyyətli bir mərhələ olduğu bildirib.

Nəhəng almazı alan şəxsin kimliyi açıqlanmayıb, əməliyyatın hansı kriptovalyuta ilə edildiyi də sirr olaraq qalıb.

Əvvəlki açıqlamada bitkoin və ya ethreumun istifadə ediləcəyi bildirilmişdi.


Müəllif: Yeganə Oqtayqızı