17 İyul 2021 23:39
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin “Xiaomi” texnologiya şirkəti “Apple”i geridə qoyaraq dünyanın ikinci ən böyük smartfon istehsalçısı olub.

Teleqraf.com tədqiqat şirkəti “Canalys”a istinadən xəbər verir ki, qlobal bazarlarda “Xiaomi”nin satışları 2021-ci ilin ikinci rübündə 83% artaraq bazar payı 17%-ə yüksəlib.

Smartfon sənayesinin lideri “Samsung”un bazar payı 19%-lə ilk sırada mövqeyini qoruyub, bir pillə geriləyən “Apple” 14%-lə üçüncü olub.

Sözügedən dövrdə “Xiaomi” satışlarını Latın Amerikasında 300%, Afrikada 150%, Qərbi Avropada 50% artıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər