19 İyul 2021 08:05
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Sankt-Peterburq şəhərində minik avtomobilləri istehsal edən "Hyundai" zavodu yay tətili dövrü ərzində istehsalat konveyerini dayandırır.

Teleqraf.com xəbər verir ki, bu barədə konsernin Rusiya bölməsinin mətbuat xidməti bildirib.

Zavodda yay tətilləri iki həftə davam edəcək: 19 iyul - 1 avqust. Müəssisənin konveyeri 2 Avqust 2021-ci ildə yenidən işə başlayacaq.

Xatırladaq ki, Sankt-Peterburqdakı Hyundai zavodu 2010-cu ilin sentyabrında fəaliyyətə başlayıb. Şirkət "Hyundai Solaris", "Hyundai Creta", "Kia Rio" və "Kia Rio X-Line" modellərini istehsal edir. Zavod ildə 200 mindən çox nəqliyyat vasitəsi istehsal edir.


Müəllif: Teleqraf.com