İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam bazarında aparılmış araşdırmalar zamanı “Oral-B Pro-flex” diş fırçasının, “Duracell” batareyasının, “Ariel” yuyucu tozunun və “Blend-a-med Pro-expert” diş məcununun reklamlarında istehlakçıların çaşdırılmasına səbəb olan haqsız və qeyri-dəqiq reklam əlamətləri aşkar edilmişdir.
Bununla əlaqədar həmin reklamların sifarişçisi olan “Prokter & Gembl Azərbaycan Servisləri” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
İstehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə “Prokter & Gembl Azərbaycan Servisləri” MMC-yə 2 milyon 163 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklam bazarında araşdırmalarını davam etdirir.
Naibə