1 Avqust 2021 21:12
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmmanda İordaniya Biznesmenlər Assosiasiyasının prezidenti Həmdi Əl Təbbaa ilə Azərbaycanın bu ölkədəki səfiri Eldar Səlimov arasında keçirilən görüşdə iki ölkənin sahibkarları arasında əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub.

Teleqraf.com xəbər verir ki, azərbaycanlı diplomat iordaniyalı iş adamlarına işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, bir ay əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin təməlini qoyduğu Ələt Azad İqtisadi Zonası, ölkəmizin iqtisadi inkişafı, Azərbaycanın liderliyi ilə həyata keçirilən transmilli neft-qaz və kommunikasiya layihələri barədə məlumat verib. O qeyd edib ki, İordaniya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın böyük potensialı var və hər iki ölkənin sahibkarlarının geniş sərmayə imkanları mövcuddur. Səfir əlavə edib ki, dost ölkələr arasında ticarət dövriyyəsinin həcmi daha da artırılmalıdır.

Həmdi Əl Təbbaa deyib ki, onun rəhbərlik etdiyi assosiasiya Azərbaycanla iqtisadi əlaqələrin daha da inkişaf etməsinə töhfə verməyə hazırdır. O məlumat verib ki, assosiasiyanın nümayəndə heyəti Bakıya səfər edib və 2007-ci il iyulun 29-da Əmmanda AZPROMO ilə ixracatın və sərmayələrin artırılmasına dair sənəd imzalanıb. Əl Təbba azərbaycanlı iş adamlarını İordaniya iqtisadiyyatına investisiya qoymağa dəvət edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər