6 Noyabr 2014 23:28
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

“LUKoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərov Rusiyanın baş nazirinin müavini Arkadi Dvorkoviçə ünvanladığı məktubda hökumətdən sanksiyalar şəraitində ölkənin neft-qaz sahəsinə dəstək verilməsini xahiş edib.

Teleqraf.com-un “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, məktubda “LUKoyl” rəhbəri vergi yükünün azaldılmasını və təbii monopoliyaların tariflərinin qaldırılmasına moratori qoyulmasını xahiş edib.

Arkadi Dvorkoviçin mətbuat katibi Aliyə Samiqullina “RİA Novosti”-yə məktubun olmasını təsdiqləyib, lakin təkliflərin mahiyyətini şərh etməkdən imtina edib: “Məktuba aidiyyatı nazirliklərdə və qurumlarda baxılır”.

Rusiyanın Energetika və İqtisadi İnkişaf Nazirliklərində də Vahid Ələkbərovun məktubuna baxıldığını bildiriblər. “LUKoyl” neft şirkətində bu məlumata şərh verməkdən imtina ediblər.


Müəllif:

Oxşar xəbərlər