12 Avqust 2021 10:18
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Milli Okean və Atmosfer İdarəsinin (NOAA) alimləri Atlantik okeanının dərinliklərində yeni kəşfə imza atıblar.

Teleqraf.com xəbər verir ki, araşdırmalar zamanı əvvəllər məlum olmayan bir çox heyvan növü müəyyən edilib.

Su səthinin 700 metr dərinliyində yaşayan və qırmızı rəngə sahib olan hələ təsnif edilməmiş meduza ilk dəfə görülüb. İndiyədək təsbit edilməmiş növün poralia cinsinə aid olduğu bildirilib. Sözügedən meduza NOAA tərəfindən iyulun 28-də kəşf olunmuş müəyyən edilə bilməyən bir neçə canlıdan yalnız biridir.

Yeni meduza və digər naməlum canlılar 30 iyun-29 iyul tarixlərində Şimali Atlantik ekspedisiyası zamanı kəşf edilib. Tədqiqat ABŞ-ın şərq sahillərinə aparılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər