12 Avqust 2021 11:18
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 11-də 70,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,8 dollar/barel azdır.

Bu barədə Teleqraf.com-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 69,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,81 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 66,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,02 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 70,69 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1 dollar/barel azdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər