7 Noyabr 2014 18:06
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun ölkənin 5-6 bankının bağlanacağı barədə səsləndirdiyi fikirlər də insanlarda narahatlıq yaradıb. Ölkə əhalisinin bu narahatlığı nəticədə əmanətlərin banklardan geri çəkilməsilə nəticələnir və bu tendensiya artmaqda davam edir.

Teleqraf.com xəbər verir ki, ekspertlər hesab edir ki, Mərkəzi Bank sədrinin sözügedən açıqlaması əhali arasında ajiotaja səbəb olub.

Bəs bəzi banklar bağlanarsa, Azərbaycanda Əmanətlərin Sığortalanması Fondu “batan pul”ları geri ödəyəcəkmi?

Məsələ ilə bağlı Əmanətlərin Sığortalanması Fondu ilə əlaqə saxladıq. Fondan bildirdilər ki, bağlanan bankın Əmanətlərin Sığortalanması Fondu ilə müqaviləsi varsa əmanətçilərə konpensasiya ödəniləcək:

“Hər hansı bank bağlanarsa və bu barədə Milli Bank tərəfindən məlumat verildikdə biz hansısa addımlar ata bilərik. Amma vacib məqam odur ki, həmin bankla Fond arasında müqavilə olsun. Məhz bu şərtlər olduqda biz banklarda pulu batan əmanətçilərə konpensasiya ödəyirik. Əmanətlərin Sığortalanması Fondu tərəfindən illik 9 faizdən yuxarı qoyulan əmanətlər sığortalanmır. Vətəndaşın əmanəti nə qədər yerləşdirməsindən asılı olmayaraq maksimal olaraq ona 30.000 manat sığortapulu ödənilir”.

Qeyd edək ki, Mərkəzi Bankın sentyabr ayı üçün açıqladığı statistikaya görə, bir ay ərzində əmanətlər 92,4 milyon manat azalaraq 10 milyard 82,2 milyon manat olub.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər