Dünyanın ikinci ən böyük qəhvə istehsalçısı olan Vyetnamda pandemiya məhdudiyyətləri səbəbiylə qəhvə qiymətləri daha da artıb.
Teleqraf.com xəbər verir ki, vaksin çatışmazlığı və koronavirusla mübarizə aparan Vyetnamda məhdudiyyətlərin bərpası qəhvə ixracatını dayandırıb.
Ölkədə hazır qəhvə və bəzi espresso qarışıqları üçün istifadə olunan robusta qəhvəsinin qiyməti artıb.
Robusta fyuçersləri cümə günü ilin əvvəlindən bəri 50 faiz artıb. Qiymətlər dörd ilin ən yüksək həddinə çatıb – 1 tonu 2 min 43 dollar.