9 Noyabr 2014 09:30
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari ilin oktyabr ayında Vergilər Nazirliyinin Çağrı Mərkəzinə 20537 və ya 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 36,2 faiz çox zəng daxil olub.

Nazirlikdən bildiriblər ki, canlı əlaqə zamanı 19596 sual xarakterli müraciət cavablandırılıb, onların da 13,1 faizi qeydiyyat, 11,6 faizi elektron xidmətlər, 9,1 faizi elektron imza, 7,8 faizi hesabatlar, 7,3 faizi əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə qəbulu, 4,7 faizi büdcə hesablaşmaları, 4,1 isə faizi vergi ödəyicilərinə göndərilən mesajlarla bağlıdır.

Hesabat dövründə vergi ödəyiciləri tərəfindən səsli menyu vasitəsilə məlumat almaq üçün 4628 zəng qəbul olunub. 758 dəfə vergi növləri barədə məlumatın verilməsi, 2076 sayda isə vergi borcu barədə məlumat almaq üçün səsli menyu xidmətindən istifadə edilib.


Müəllif:

Oxşar xəbərlər