"Əpl" (“Apple”) ağıllı saatının yeni modeli olan “Apple Watch 7”ın istehsalını təxirə salıb.
Teleqraf.com xəbər verir ki, buna səbəb əvvəlki nəsillərdən xeyli fərqlənən yeni ağıllı saatın mürəkkəb dizaynda olmasıdır.
Şirkət keçən həftə “Apple Watch 7” modeli üçün kiçik miqyaslı istehsala başlasa da, qənaətbəxş istehsal performansı əldə edə bilməyib.
Qeyd edək ki, “Apple Watch 7”nin 8 modeli təqdim edilmişdi. Əvvəlki illərin eyni modelləri ilə müqayisədə rənginə, nazikliyinə və funksiyalarına görə fərqlənən hər bir cihazın qiyməti 429 avrodan başlayaraq 879 avroya qədər dəyişir.