Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il sentyabrın 1-nə 7 milyard 042,6 milyon ABŞ dolları təşkil edib.
Teleqraf.com banka istinadla xəbər verir ki, bu, bu il avqustun 1-i ilə müqayisədə 8,4 % çoxdur.
AMB-nin valyuta ehtiyatları son 1 ildə isə 8,6 %, ilin əvvəli ilə müqayisədə isə 10,6 % artıb.