Avstraliya, Malayziya, Sinqapur və Cənubi Afrika mərkəzi bankları Beynəlxalq Hesablaşmalar Bankının (BIS) layihəsi çərçivəsində mərkəzləşdirilmiş rəqəmsal valyutaların istifadəsini sınayacaq.
Teleqraf.com xəbər verir ki, BIS-i adıçəkilən ölkələrin mərkəzi bankları arasında mərkəzləşdirilmiş rəqəmsal valyutanın (CBDC) istifadəsini test edəcək.
“Dunbar” adlanan layihə rəqəmsal qiymət valyutası ilə beynəlxalq ödənişlər etmək üçün ortaq bir platforma hazırlamağı hədəfləyir.
BIS-in bəyanatına görə, sistem mərkəzləşdirilmiş rəqəmsal valyutalar arasında birbaşa köçürmələrə imkan verəcək, xərcləri və sərf olunan vaxtı azaldacaq.