2 Sentyabr 2021 18:40
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ay dünya bazarında ərzaq qiymətləri iyun və iyul aylarında düşdükdən sonra yenidən yüksəlib.

Teleqraf.com xəbər verir ki, BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqlamasına görə, əsas ərzaq məhsullarının aylıq qiymət dəyişkənliyini əks edən ərzaq qiymətləri indeksi avqust ayında 3,1 faiz artıb ki, bu da illik müqayisədə 32,9 faiz çoxdur.

O cümlədən taxılın qiymət indeksi avqustda aylıq olaraq 3,4 faiz, illik olaraq isə 31,1 faiz artıb.

Bitki yağlarının qiymət indeksi avqust ayında 6,7 faiz artaraq iyul ayındakı beş ayın ən aşağı səviyyəsinə yüksəlib.

Süd məhsullarının qiymət indeksi avqustda aylıq olaraq bir qədər aşağı düşsə də, illik müqayisədə 13,6 faiz artıb.

Ət qiyməti indeksi isə avqustda aylıq cüzi artım göstərməsinə baxmayaraq illik 22 faiz artıb.

Şəkər qiyməti indeksi də aylıq olaraq 9,6 faiz artıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər