Fransa ABŞ bankı “JP Morgan”ı vergidən yayındığı üçün 29,6 milyon dollar cərimələyib.
Teleqraf.com xəbər verir ki, Fransa maliyyə prokurorluğundan verilən məlumata görə, “JP Morgan” vergi fırıldaqçılığı iddiasında 25 milyon avro (29.6 milyon dollar) cərimə ödəməyi qəbul edib.
2012-ci ildə açılan bir araşdırma ilə əlaqədar münaqişənin həlli üçün razılıq əldə edilib.