3 Sentyabr 2021 18:43
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son 1 ayda ölkədə problemli kreditlərin həcmi 2,5% artıb. Hazırda ümumi kredit portfelinin 6,1%-ni problemli kreditlər təşkil edir. Dünyada kritik hədd 3% sayılır, ölkəmizdə bu həddi artıq 2 dəfədən çox keçilib”.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.

Ekspert deyir ki, ölkə üzrə ən çox problemli kredit Gədəbəy rayonunun payına düşür: “Rayonun ümumi kredit portfelinin 14,4%-i problemlidir. Bakı şəhəri üzrə isə bu göstərici 6,4% təşkil edir. Vətəndaşlar da, biznes də götürdüyü krediti qaytarmaqda çətinlik çəkirlər.

Son 1,5 il pandemiya dövründə kreditlərlə bağlı ciddi heç bir dəstək proqramı qəbul edilməyib. İşsizlik və nominal gəlirlərin azalması, kiçik-orta biznesin zəifləməsi problemli kreditlərin artmasının əsas səbəbləridir”.

Natiq Cəfərlini deyir ki, maraqlı məqamlardan biri də ölkə üzrə ən az problemli kreditin Naxçıvanda olmasıdır: “Sədərək rayonuda 1%, Şərurda isə 0,8% olub”.


Müəllif: Yeganə Oqtayqızı