İraq Fransanın neft şirkəti “Total”la 27 milyard dollarlıq müqavilə çərçivəsində İraqın cənubunda dörd nəhəng enerji layihəsi üzrə razılığa gəlib.
Teleqraf.com xəbər verir ki, bunu İraq neft naziri İhsan Əbdül Cabbar açıqlayıb.
Nazir tikiləcək qaz emalı zavodu üçün 2 milyard dollar vəsait ayıracağını bildirib: “Bu layihə ilə gündə təxminən 8 milyon kubmetr qazın hasil edilməsi nəzərdə tutulur. İkinci fazadan sonra bu miqdar iki dəfə artırılacaq”.
“Total”ın baş icraçı direktoru Patrik Pouyanne imza mərasimində 10 milyard dollarlıq ilkin sərmayə ilə layihəyə qoşulacaqlarını və mühəndis-ölçmə işlərinin dərhal başlayacağını deyib.