16 Sentyabr 2021 22:53
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiyanın aparıcı avtomobil istehsalçısı - “Skoda” şirkəti sentyabrın 27-dən ölkədəki 3 zavodunda istehsalı dayandıracaq.

Teleqraf.com xəbər verir ki, fasilə bir həftə davam edəcək.

Buna səbəb elektron komponetlərin (çip) çatışmamazlığıdır. Bu dövr ərzində 34 minə yaxın işçiyə mükafatlar da daxil olmaqla aylıq qazancın 85 %-i ödəniləcək.

Hazırda “Skoda” elektron komponentlərin çatışmamazlığına görə “Volkswagen” konserninə daxil olduğu vaxtdan keçən 30 il ərzində ən çətin günlərini yaşayır.


Müəllif: Teleqraf.com