17 Sentyabr 18:08

Cari il sentyabrın 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 4,7 faiz artaraq 645.189 təşkil edib.

Dövlət Vergi Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 11,8 faiz artıb və 32.585-ə çatıb.

Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 6,1 faiz artaraq 177.274-ə çatıb.


Müəllif: Teleqraf.com