Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən kənd təsərrüfatı texnikalarına güzəştlərin tətbiqi ilə əlaqədar nazirliyin və “Aqrolizinq” ASC-nin internet saytı vasitəsi ilə onlayn rejimdə müraciətlərin qəbuluna başlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında elan yerləşdirilib.
Güzəşt üçün yuxarıda qeyd olunan internet saytlarında qeydiyyatdan keçməklə ərizələri daxil etmək olar.
Qeyd edək ki, sözügedən güzəştlərin tətbiqi Azərbaycan Respublikası Prezidentinin “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2014-cü il 16 aprel tarixli 152 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq həyata keçirilir.
İLHAMƏ