20 Sentyabr 2021 16:35
1 145
12 Punto 14 Punto 16 Punto 18 Punto

2021-ci ildə dünyanın 25 ən varlı ailəsi və onların sərvətləri məlum olub.

Teleqraf.com “Bloomberg” xəbər agentliyinin hazırladığı hesabata istinadən xəbər verir ki, ailələr 2 ilə yaxındır dünyanı bürüyən yeni növ koronavirus (COVID-19) epidemiyasından ciddi təsirlənməyib, əksinə, sərvətlərini qoruyublar.

Reytinqə ABŞ-ın “Walmart” topdansatış və pərakəndə alış-veriş şəbəkəsinin sahibi Alisa Voltonlar ailəsi 238.2 milyard dollarıq sərvətilə liderlik edib.

ABŞ-ın ərzaq məhsulları istehsal edən “Mars” şirkətinin sahibi Mars ailəsinin sərvəti 141.9 milyard dollardır.

ABŞ-ın “Koch Industries” neft-kimya şirkətinin sahibi Koxlar ailəsinin sərvəti 124,4 milyard dollardır.

Fransanın “Hermes” dəb mərkəzinin sahibi Hermeslər ailəsinin sərvəti 111,6 milyard dollardır.

Səudiyyə Ərəbistanının Əl-Səud kral ailəsinin sərvəti 100 milyard dollardır. Əl-Səud Ərəbistanının siyahıda olan yeganə ərəb ailəsidir.

Hindistanın “Reliance Industries” qrupunun sahibi Mukeş Dxirubxay Ambani ailəsinin sərvəti 93.7 milyard dollardır.

Fransanın “Chanel SA” moda şirkətinin sahibi Vertheimerlər ailəsinin sərvəti 61,8 milyard dollardır.

ABŞ-ın Boston şəhərindəki “Fidelity Investments” şirkətinin sahibi Consonlar (Johnson) ailəsinin sərvəti 61,8 milyard dollardır.

Kanadanın "Thomson Reuters" media şirkətinin sahibi Tomsonlar ailəsinin sərvəti 61.1 milyard dollardır.

Almaniyanın “Boehringer İngelheim” əczaçılıq şirkətinin sahibi Böringerlər ailəsinin sərvəti 59,2 milyard dollardır.

ABŞ-ın sənaye sahəsində fəaliyyət göstərən “Cargill Inc” şirkətinə sahibi Cargill Macmillanlar ailəsinin sərvəti 51,6 milyard dollardır.

Almaniyanın “Aldi” marketlər şəbəkəsinin sahibi Albrecht ailəsinin sərvəti 51 milyard dollardır.

Ümumilikdə dünyanın 25 ən varlı ailəsinin məcmu vəsaiti 1,7 trilyon ABŞ dolları təşkil edir ki, bu da keçən ilə nisbətən 22 faiz çoxdur.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər