24 Sentyabr 2021 22:38
994
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın "National Logistics Cell" logistika şirkəti Azərbaycan və Türkiyəyə avtomobil nəqliyyatı ilə yükdaşımalara başlayıb.

Teleqraf.com, bunu ölkənin baş nazirinin ticarət və investisiyalar üzrə müşaviri Abdul Razak Davud deyib.

O bildirib ki, daşımalar TIR beynəlxalq buraxılış sistemi vasitəsilə həyata keçirilicək. Onun sözlərinə görə, bu cür buraxılışlar, əsasən özəl şirkətlərə veriləcək.

Müşavirin sözlərinə görə, ilkin mərhələdə yüklər Pakistandan Türkiyə, Azərbaycan və Türkmənistana daşınacaq. Gələcəkdə daşımaların Mərkəzi Asiya ölkələrinədək genişləndirilməsi planlaşdırlır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər