İran Xəzər dənizinin ekologiyasının çirklənməsinin qarşısını almaq üçün Xəzəryanı ölkələri əməkdaşlığa çağırıb.
Trend-in "Shana" agentliyinə istindən verdiyi məlumata görə, bunu İran Milli Neft Şirkətinin Səhiyyə, təhlükəsizlik və ətraf mühit departamentinin direktoru Abbas Rəzmi deyib.
O, qeyd edib ki, Xəzərdə işləyən neft şirkətləri dənizin ekologiyasının çirklənməsinin qarşısını almaq məqsədi ilə əmədkaşlığı inkişaf etdirməlidir.
İranın Enerji İnformasiyası İdarəsinin hazırladığı hesabata əsasən, Xəzər dənizi daha çox Volqa çayı vasitəsilə çirklənir.
Qeyd edək ki, Xəzərin uzunluğu və eni, müvafiq olaraq, 1200 və 320 kilometrdir. Dənizin sahəsi 436 min kvadratkilometr, su həcmi isə 770 min kubmetrdir.