28 Sentyabr 2021 09:05
1 352
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər bir ölkənin milli pul vahidi var və hər bir milli valyutanın üzərində də o cəmiyyətin əhəmiyyətli hadisələri və insanları yer alır. Sikkələrdə təsvir olunan qadınlar isə o cəmiyyətin yenilikçi və dəyişən siması olublar.

Teleqraf.com adlarına pul çap olunan və şəkilləri sikkələrdə olan qadınlardan bəzilərini təqdim edir.

Pul üzərində çap olunan ilk türk qadın

Sabiha xanım Yunanıstanın Komotini şəhərində anadan olub, 1941-ci ildə ailəsi ilə birlikdə Türkiyəyə köçüb. Uşaqlığını Egeyin gözəl iqlimində və təbiətində yoxsulluq içində keçirir. 1968-ci ildə "Anadolu Qadın Başlıqları" adlı ilk sərgisini açır. O dövrdə kiçik dövlətlər, knyazlıqlar və müxtəlif şəhərlərdə metal pullar kəsib çap edən müdirlər Sabiha xanımın şəklini çəkib bir sikkə çap etməyi xahiş edirlər. Sabiha xanım da bu təklifi qəbul edir. Onun portreti 1970-ci illərdə çap olunan 50 qəpiklərin hamısına Ankara gəlin baş geyimi ilə çap edilir.

Türk lirəsində romançı qadın

Türkiyədə 2009-cu ildə dövriyyəyə buraxılan 50 türk lirasının üzərində 1862-1936-cı illərdə yaşamış ilk türk qadın yazar Fatma Aliye Topuzun fotoşəkili var. Yazar Tanzimat fərmanından (ilk Konstitusiya) II Konstitusiya Monarxiyasına qədərki dövrdə romanlar, fəlsəfə, İslam, qadın hüquqları və tarix mövzusunda əsərlər yazıb. Fatma Aliye 13 iyul 1936-cı ildə İstanbulda vəfat edir.

Adını yeddi ölkənin valyutasına yazdırdı

İngiltərə kraliçası II Yelizavetanın 30 fərqli portreti 30-dan çox ölkənin pul vahidlərində, xüsusilə də Britaniya funtunda çap olunub. 1952-ci il fevralın 6-da taxta çıxanda Cəmiyyət prezidenti və yeddi ölkənin kraliçası olub (Birləşmiş Krallıq, Kanada, Avstraliya, Yeni Zelandiya, Cənubi Afrika, Pakistan və Seylon).

Nobel pul mükafatı fiquru

Latın Amerikası ədəbiyyatının tanınmış yazıçısı 1889-cu il təvəllüdlü şairi Qabriela Mistral 1945-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı alır. O, bu mükafatı alan ilk Latın amerikalı və beşinci qadın olur. Ölkəsi 5000 pesonun üzərində onun portretinə yer verir. Şerlərinin mövzusu təbiət, sevgi və ana sevgisidir.

Meksikanın islahatçı siması

Meksikalı rəssam Frida Kalonun fotoşəkili 2010-cu ildə dövriyyəyə buraxılan 500 pesonun üzərində var. O, 1907-ci ildə iyulun 6-da Meksikanın cənubundakı Coyoacan şəhərində anadan olmasına baxmayaraq, doğum tarixini Meksika inqilabının baş verdiyi 1910-cu il iyulun 7-ə keçirir. Beləliklə o, həyatını müasir Meksikanın doğulması ilə başlamaq istəyir.

Sterlinqə yazar töhfəsi

1775-1817-ci illərdə yaşamış ingilis qadın yazıçı Jane Austenin fotoşəkilinə 2017-ci ildə tədavülə buraxılan funt sterlinqin üzərində yer verilib. Davamiyyətsiz bir təhsil həyatı yaşayan yazıçı erkən yaşlarından ailə əyləncəsi üçün yazmağa başlayır. Dünya klassikasında böyük yeri olan yazıçının bütün əsərləri böyük ekran üçün səhnələşdirilib. 1817-ci ilin iyunun 18-də döş xərçəngindən dünyasını dəyişən yazarın "İnandırma" və "Northanger Manastırı" adlı kitabları ölümündən sonra nəşr olunub.

Tarixə adını köləlik əleyhinə mübarizə ilə yazdıran qadın

Sterlinq üzərindəki başqa bir qadın xeyriyyəçiliyi ilə tanınan və həbsxanada qadın məhbusların hüquqları uğrunda mübarizə aparan 1780-ci il təvəllüdlü Elizabet Fraydır. O, nüfuzlu sosial şəbəkəsini istifadə edərək kölə ticarətinin ləğvi üçün kampaniya aparır. Həyat yoldaşı 1828-ci ildə iflas etdikdən sonra Frayın qardaşı onun biznes meneceri və xeyriyyəçisi olur. Onun sayəsində işləri davam edir və genişlənir.

Puldakı opera müğənnisi

1918-ci il təvəllüdlü İsveçin opera müğənnisi Birgit Nilssonun şəkli vəfat etdiyi ildə - 2015-ci ildə dövriyyəyə buraxılan 500 kronda yer alıb. Geniş bir opera və vokal repertuarına sahib olmasına baxmayaraq, Nilsson ən çox Riçard Vaqner və Riçard Strauss operalarında çıxışları ilə tanınırdı. Səsi ilə birlikdə pulda da gücünü göstərən bir xarakteri olub.

Ukraynanın qadın şairi

Ukrayna ədəbiyyatının tanınmış adlarından biri şair Lesya Ukrainkanın portreti Ukrayna qəpiyi 200 qrivnayanın üzərində olub. Zadəgan ailəsində anadan olan yazıçıya uşaqlığında sümük vərəmi diaqnozu qoyulur. O, müxtəlif dövrlərdə Ukrayna, Krım, Gürcüstan, İtaliya və Misirdə yaşayır. Evdə tarix və filologiya təhsili alaraq xarici dil öyrənir. 1913-cü ildə avqustun 1-də Gürcüstanda ölür Kiyevdə dəfn edilir.

Argentinanın inqilabçı siması

"Evita" ləqəbi ilə tanınan və 100 pesonun üzərində portreti olan Eva Peron Argentinada çox məşhur bir şəxsdir və Argentina Prezidenti Xuan Peronun həyat yoldaşıdır. Argentinanın Los Toldos şəhərində beş uşaqlı kasıb bir ailənin ən kiçik uşağı olaraq dünyaya gəlir. Yeddi yaşında ikən atasını itirmiş və aktrisa olmaq üçün 14 yaşında Buenos-Ayresə gedir. Bir müddət burada işsiz və pulsuz qaldıqdan sonra radioda işləməyə başlayır. Evita ərinin diktatorluğu dövründə qadın hüquqları üçün çalışır və siyasətlə fəal məşğul olmasa da, həmişə siyasət və xalqla iç-içə olur.

Qadınları başı üstə tutan yazıçı

Yaponiyanın 5000 yen üzərində yazar Hiquçi İçiyonun şəkli var. O, qadınların həyatı ilə bağlı hekayələri ilə məşhurlaşır. Bir samuray uşağı olaraq dünyaya gəlsə də, 1889-cu ildə atasının ölümündən sonra yaşadığı yoxsulluq bütün qadınlardan ibarət bir ailə başçısı olaraq məsuliyyət daşımasına səbəb olur. Yazar 24 yaşında vəfat edir.

Qeyd edək ki, tarixən Azərbaycanda portreti hansısa nominalın üzərində əks olunmuş qadın yoxdur.


Müəllif: Yeganə Oqtayqızı