9 Oktyabr 2021 20:49
435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə sosial şəbəkəklərdən gəlir əldə edənlər üçün qaydalar sərtəşdirilir. Yutub sosial şəbəkəsində 125 min manatdan çox gəlir əldə edənlər vergi bəyannaməsi təqdim edəcək və gəlirinin 15 faizini vergiyə ödəyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə parlamentinin Büdcə Komitəsi qanun hazırlayıb.

Qanun layihəsi 64 maddədən ibarətdir.

Gəliri 125 min manatdan az olanlar isə vergidən azaddırlar. Lakin gəlir vergisindən azad olmaq üçün bankda hesab açmaq və gələn gəlirləri oraya köçürmək tələb olunacaq.


Müəllif: Aysel Azad