14 Oktyabr 2021 13:24
3 196
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Bryansk vilayətinin gömrük işçiləri Türkiyədə istehsal olunan 59 ton pomidor və 17 ton üzümün ölkəyə idxalına icazə verilməyib.

Teleqraf.com Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə (“Rosselxoznadzor”) istinadən xəbər verir ki, Türkiyədən Krasnodar və Moskvaya gedən pomidorlarda karantinə alınan Cənubi Amerika güvə zərərvericisi aşkarlanıb.

Digər tərəfdən, Novorossiysk Limanında Türkiyədən gələn 5 növ üzümün oxşar səbəbdən idxalına icazə verilməyib. Səlahiyyətlilər ümumi çəkisi 17 ton olan üzümdə Aralıq dənizi meyvə milçəklərinin aşkarlandığın açıqlayıb.

Rusiya mətbuatı məhsulların ixracatçı şirkətə qaytarıldığını yazır.


Müəllif: Yeganə Oqtayqızı