20 Oktyabr 2021 13:27
378
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strategiyanın formalaşmasında Azərbaycan Mərkəzi Bankı (AMB) da aktiv iştirak edir".

Teleqraf.com xəbər verir ki, bunu AMB-nin sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, bu baxımdan maliyyə sektorunun qarşısına olduqca ciddi vəzifələr qoyulub: "Odur ki, maliyyə sektorunda çox ciddi islahatlar aparılacaq, cox ciddi proseslər gedəcək. Bank sektoru, hər bir maliyyə institutu qarşıdakı dövrdə korporotiv inkişafı, korporotiv idarəetmə standartlarının tətbiq ediməsi, insan kapitalının inkişafı, daxili bilik-bacarıqlar, ekspertiza imkanlarını, daxili texnoloji, tədqiqat və proqnozlaşdırma bazalarını ciddi şəkildə artımaq üzərində düşünməlidir".


Müəllif: Teleqraf.com