24 Oktyabr 2021 00:51
1 139
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2022-ci ilin sonuna kimi ilk qızıl külçəmizi töküb Türkiyə iqtisadiyyatına gəlir gətirmək istəyirik”.

Teleqraf.com xəbər verir ki, bunu “Gübretaş” Mədən İnvestisiyaları İdarə Heyətinin sədri Fəxrəddin Poyraz deyib.

O, gələn ay Söğüt Qızıl Mədəni Layihəsində mədən və obyekt qurma işlərinə başlayacaqlarını açıqlayıb: “Mədən tam gücü ilə işlə başlayandan sonra hər il təxminən 6-7 ton qızıl hasil etməyi hədəfləyirik. 2020-ci ildə Türkiyədə illik təxminən 42 ton qızıl hasil olunduğunu nəzərə alsaq, buradakı səylərimizlə biz bu 42 tona 15 faiz qatqı təmin edəcəyik.

Məqsədimiz obyektin qurulmasını davam etdirərkən mineral emalı üzrə tədqiqatlar da aparmaqdır. Artıq avadanlıq sifarişlərinin bir hissəsi verilib. 2022-ci ilin sonuna kimi ilk qızıl külçəmizi töküb Türkiyə iqtisadiyyatına gəlir gətirmək istəyirik”.

Qeyd edək ki, ötən həftə Türkiyənin Bilecik əyalətinin Söğüt mahalında “Gübretaş”a məxsus mədən bölgəsində 3.5 milyon unsiyalıq qızıl ehtiyatı kəşf edildi. Bildirilir ki, 3,5 milyon unsiya ehtiyat ekvivalentinin bugünkü məzənnə ilə 6,5 milyard dollarlıq dəyəri var.


Müəllif: Yeganə Oqtayqızı