23 Oktyabr 2021 23:15
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dünyanın ən böyük 10 iqtisadiyyatından biri olmaq məqsədimizə mütləq çatacağıq. Bu məqsədlə tempimizi aşağı salmadan işə davam edirik”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əskişəhər Ticarət Palatası Konqres Mərkəzində keçirilən məşvərət yığıncağında deyib.

Prezident bildirib ki, dünən olduğu kimi, bu gün də Türkiyədə sülhün, inkişafın və sabitliyin təminatçısı AK Partiya və xalq ittifaqıdır: “Son 19 ildə üzləşdiyimiz çoxsaylı fəlakətlərdən sülh yolu ilə sağ çıxdığımız kimi, ümid edirəm ki, ölkəmizi 2023-cü ildə Cümhuriyyətimizin 100 illiyini qeyd edəcəyimiz limana salamat qaytaracağıq.

Türkiyə iqtisadiyyatını investisiya, istehsal, ixracat və məşğulluq sütunları üzərində yüksəltmək üçün ölkə daxilində və xaricdə səy göstəririk ".


Müəllif: Yeganə Oqtayqızı