25 Oktyabr 2021 13:44
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin təbii qaz idxalı avqust ayında əvvəlki ilin eyni ayına görə 24,3 faiz artaraq 4 milyard 170 milyon kubmetrə çatıb.

Teleqraf.com xəbər verir ki, məlumat Enerji Bazarını Tənzimləmə Təşkilatının avqustla bağlı hesabatında yer alıb.

Təxminən 3 milyard 526 milyon kubmetr idxal boru kəmərləri, 644 milyon kubmetr mayeləşdirilmiş təbii qaz (LNG) qurğuları vasitəsilə həyata keçirilib. Bu dövrdə boru kəmərləri ilə təbii qaz idxalı 27,6 faiz, LNG idxalı isə 8,9 faiz artıb.

Avqustda ən çox təbii qaz idxalı 2 milyard 80 milyon kubmetrlə Rusiyadan edilib. Eyni dövrdə 898,2 milyon kubmetr İrandan, 547 milyon kubmetr isə Azərbaycandan təbii qaz alınıb.

Bu müddətdə Rusiya və İrandan idxal müvafiq olaraq 51,9 faiz və 121 faiz artıb, Azərbaycandan qazın həcmi isə 44,5 faiz azalıb.

Sözügedən dövrdə Türkiyədə təbii qaz istehlakı 42,4 faiz artaraq 4 milyard 366 milyon kubmetr olub. Yeraltı anbarlarda ehtiyatın miqdarı 3,6 faiz, LNG terminallarında isə 94 faiz artıb.


Müəllif: Yeganə Oqtayqızı