25 Oktyabr 2021 16:58
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb.

Fonddan Teleqraf.com-a verilən məlumata görə, 2021-ci ilin yanvar-sentyabr aylarında AÇG yatağından 3 milyard 966,8 milyon ABŞ dolları məbləğində gəlir əldə edilib.

AÇG yatağı fəaliyyətə başladığı 2001-ci ildən bu günə qədər yataqdan əldə edilən ümumi gəlirlərin həcmi 153 milyard 372 milyon ABŞ dolları təşkil edib.

"Şahdəniz” yatağı üzrə qaz və kondensatın satışından bu ilin yanvar-sentyabr aylarında əldə olunan gəlir 329,131 milyon ABŞ dolları təşkil edib.

“Şahdəniz” yatağı fəaliyyətə başladığı 2007-ci ildən etibarən bu günə qədər yataq üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirlər 3 milyard 996 milyon ABŞ dolları təşkil edib.


Müəllif: Yeganə Oqtayqızı