27 Oktyabr 2021 17:08
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Toxum və əkin materialları sahəsində beynəlxalq standartlara uyğun tənzimlənməni təmin etmək məqsədilə AZS 130-2021 “Kənd təsərrüfatı bitkilərinin toxumlarının analiz qaydaları. Qəbul qaydaları və toxum nümunələrinin götürülmə metodları” dövlət standartı təsdiqlənib.

Bu barədə Teleqraf.com-a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.

Yeni sənədin qüvvəyə minməsi ilə əlaqədar AZS 130-2005 “Kənd təsərrüfatı bitkiləri toxumları. Qəbul qaydaları və toxumlardan nümunələrin götürülmə üsulları” dövlət standartı qüvvədən düşüb.

Kənd təsərrüfatı bitkilərinin (pambıq, dərman bitkiləri, gül bitkiləri və efir yağlı bitkilər istisna olmaqla) toxumlarına şamil olunan yeni standart səpin keyfiyyətini təyin etmək üçün qəbul qaydalarını və nümunə götürmə metodlarını müəyyən edir.


Müəllif: Yeganə Oqtayqızı