9 Noyabr 2021 19:02
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən zəngin insanlarından biri Bill Qeyts 1998-ci ildə təsis etdiyi “Microsoft” texnologiya şirkətinin 2,06 milyardlıq səhmlərinin böyük qismini satmasaydı, bu gün dünyanın ən varlı adamı olacaqdı.

Teleqraf.com xəbər verir ki, hazırda sahib olduğu səhmlərin sayına görə Bill Qeytsin sərvəti 137,7 milyard dollar səviyyəsindədir.

Hesablamalar göstərir ki, milyarder “Microsoft” səhmlərini satmasaydı, İlon Mask və Ceff Bezosun cəmi sərvətdən daha artığına sahib olardı.

ABŞ-ın “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Maskın sərvəti hazırda 340,4 milyard dollardır.

“Amazon” şirkətinin qurucusu Ceff Bezosun sərvəti isə 200,3 milyard dollardır.

Bill Qeyts 2020-ci ildə idarə heyətini tərk etməzdən əvvəl “Microsoft” səhmlərinin əksəriyyətini əldən verdi.


Müəllif: Yeganə Oqtayqızı