Türkiyə və Qazaxıstan arasında sərhədyanı mərkəzlərdə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Teleqraf.com xəbər verir ki, Anlaşma Memorandumunun imzalanma mərasimi İstanbulda ticarət naziri Mehmet Muş və Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanovun iştirakı ilə keçirilib.
İmzalanma mərasimindən əvvəl Türkiyə və Qazaxıstan nümayəndə heyətləri arasında görüş keçirilib.
Görüşdən sonra Türkiyə-Qazaxıstan sərhədyanı mərkəzlərdə əməkdaşlığa dair Anlaşma Memorandumu hər iki ölkənin ticarət nazirləri tərəfindən imzalanıb.